Bank Of Baku

Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri 2 mlrd. manata yaxınlaşıb

Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri 2 mlrd. manata yaxınlaşıb
# 14 iyul 2026 12:42 (UTC +04:00)

Bu ilin I yarımili ərzində Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,5% artaraq 2 milyard manata yaxın olub.

Bu barədə “APA-Economics”ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xüsusilə proqram təminatı xidmətlərinin gəlirləri 28%-ə yaxın artıb ki, bu da ölkədə rəqəmsal həllərə tələbatın və yerli İKT şirkətlərinin fəaliyyətinin genişləndiyini göstərir. Nəticədə informasiya və rabitə sektorunun ümumi daxili məhsulda payı 1,9%-ə yüksəlib.

Bundan əlavə, ölkənin əsas rəqəmsal hökumət platforması olan “mygov”un istifadəçilərinin sayı 3,4 milyon nəfəri ötüb. Platformada 400-dan çox rəqəmsal xidmət istifadəçilərə təqdim edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR