Bank Of Baku

Azercell: "Asan İmza"nın fəaliyyəti bərpa edilib

Azercell: "Asan İmza"nın fəaliyyəti bərpa edilib
# 04 mart 2025 16:53 (UTC +04:00)

"Asan İmza"nın tam normal əsaslarla istifadə edilməsi imkanı təmin edilib.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Azercell-dən bildirilib:

""Asan İmza" xidmətində bəzi əməliyyatların keçməsində müəyyən gecikmələr müşahidə olunurdu. Tərəfimizdən xidmətin fəaliyyətini təmin edən aidiyyəti qurumlar, tərəfdaş və xidmət təchizatçıları ilə dərhal əlaqə saxlanılıb. Görülmüş zəruri tədbirlər nəticəsində hazırda xidmətdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin edilmişdir" - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, bir neçə gündür ölkədə “Asan imza” sistemi ilə bağlı problem yaranmışdı. Dövlət Vergi Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə etmək mümkün olmurdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR