Bank Of Baku

Azercell əməkdaşını iş başında elektrik cərəyanı vurması ilə bağlı xəbərlər dəqiqliyi əks etdirmir

Azercell əməkdaşını iş başında elektrik cərəyanı vurması ilə bağlı xəbərlər dəqiqliyi əks etdirmir
# 24 oktyabr 2025 19:02 (UTC +04:00)

Bir sıra mediada “Azercell əməkdaşını iş başında elektrik cərəyanı vurdu” başlıqlı xəbərlə bağlı bildiririk ki, sözügedən məlumat dəqiqliyi əks etdirmir.

APA-Economics” xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şəxs “Azercell Telekom” MMC-nin deyil, şirkətə xidmət göstərən podratçı təşkilatın əməkdaşıdır.

“Azercell” hadisədən dərhal sonra məsələni diqqətə almış, aidiyyəti qurumlarla birgə araşdırmaların aparılması və xəsarət alan şəxsin vəziyyəti ilə bağlı dəstəyin göstərilməsi istiqamətində zəruri tədbirləri görmüşdür.

Şirkət insan təhlükəsizliyini hər zaman prioritet sayır, əmək və texniki təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl edilməsinə xüsusi diqqət yetirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR