Azercell Rəqəmsal Kartı ilə aparılan əməliyyatların həcmi açıqlanıb

Azercell Rəqəmsal Kartı ilə aparılan əməliyyatların həcmi açıqlanıb
# 29 may 2024 17:01 (UTC +04:00)

Azercell Rəqəmsal Kartı “Akart”la 2023-cü ildə aparılan əməliyyatların həcmi məlum olub.

APA-Economics” xəbər verir ki, bu barədə "Paşa Bank" ASC-nin İdarə Heyətinin sədri Cavid Quliyev bu gün keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, 2023-cü ildə “Akart” vasitəsilə 500 milyon manatdan çox həcmdə əməliyyat aparılıb.

Bank sədri əlavə edib ki, 3 il ərzində "Visa B2B connect" şəbəkəsi ilə reallaşdırılan əməliyyatların ümumi məbləği 3,2 mlrd. dollara çatıb.

Qeyd edək ki, Rəqəmsal Kart Azercell-in həm fakturalı xətt, həm də fakturasız xətt (SimSim) abunəçiləri üçün nəzərdə tutulub, "PAŞA Bank", "Visa" və "AzInTelecom" ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR