"Aztelekom": İnternet təminatı ilə bağlı tərəfimizdən kütləvi nasazlıq müşahidə olunmur

"Aztelekom": İnternet təminatı ilə bağlı tərəfimizdən kütləvi nasazlıq müşahidə olunmur
# 17 may 2024 16:51 (UTC +04:00)

Ölkədə internet xidmətinin təminatı istiqamətində tərəfimizdən kütləvi nasazlıq müşahidə olunmur.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-dən bildirilib.

Ümumiyyətlə, şəbəkə daim nəzarətdə saxlanılır. Hər hansı bir dəyişiklik qeydə alınarsa, yaxud müraciət daxil olarsa, mütəxəssislər mövcud vəziyyətin araşdırılması istiqamətində işə başlayırlar.

Məlumat üçün bildirir ki, genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın aprel ayı üzrə hesabatına görə, ölkəmizdə genişzolaqlı internetin sürəti 12 ayda artaraq orta hesabla 39,24 Mbit/s-i keçib. Bu, illik sürətin 36% artımı deməkdir.

Fərdi ev təsərrüfatlarında texniki nasazlığın baş verməsi mümkündür. Belə hallarda da abunəçilərin müraciəti əsasında internet xidmətində yaranan texniki nasazlıqlar nəzarətə götürülərək aradan qaldırılır. Texniki problemlərlə qarşılaşdıqları halda “Aztelekom” abunəçilərindən “170”, “Baktelecom” abunəçilərindən “155” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR