Bank Of Baku

"Aztelekom"un nizamnamə kapitalı 3 dəfəyə yaxın artırılıb

"Aztelekom"un nizamnamə kapitalı 3 dəfəyə yaxın artırılıb
# 30 may 2025 14:50 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" MMC-nin nizamnamə kapitalı 43 242 018 manat və ya 2,9 dəfə artırılıb.

"APA-Economics" xəbər verir ki, şirkətin nizamnamə kapitalı 22 525 383 manatdan 65 767 401 manata çatdırılıb.

Qeyd edək ki, bu ay "Aztelekom" MMC “Bakı Telefon Rabitəsi” MMC, “AzEvroTel” MMC, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İstehsalat Birliyinin Beynəlxalq Avtomat Telefon Stansiyası, Gəncə Telekommunikasiya İdarəsi, “Azərrabitəlayihə” MMC və Sumqayıt Telekommunikasiya Qovşağının ona qoşulması nəticəsində yenidən təşkil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR