Bakıda keçirilən “GSMA M360 2024” konfransı başa çatıb - FOTO

Bakıda keçirilən “GSMA M360 2024” konfransı başa çatıb - FOTO
# 17 may 2024 15:38 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə Bakıda keçirilən “GSMA M360 2024” konfransı başa çatıb.

APA-Economics” xəbər verir ki, konfransın ikinci günü də maraqlı çıxış və müzakirələrlə yadda qalıb.

“Azercell Telekom” MMC-nin Hüquq, Etika və Komplayens üzrə baş direktoru Şirin Əliyeva şirkətin ESG strategiyasından danışıb.“Hesabatımız Azercell-in sosial məsuliyyətli korporativ vətəndaş kimi ekologiya və ətraf mühitin mühafizəsi, rəqəmsal inklüzivliyin təşviqi və ümumilikdə cəmiyyətin rifahının artırılması istiqamətində gördüyü işləri özündə əks etdirir. Azercell-in fəaliyyəti hər il müxtəlif beynəlxalq sertifikat və mükafatlarla təltif edilir. Bu da öz növbəsində görülən işlərin effektivliyinin bariz nümunəsidir”, - deyə Ş.Əliyeva bildirib.

Fövqəladə hallar və onların öncədən təyin edilməsi barədə çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədr müavini Fuad Aslanov bildirib ki, Azərbaycanda fövqəladə halları qabaqcadan təxmin etmək sahəsində uğurlu sınaqlar keçirilib:

"Fövqəladə halları qabaqcadan təxmin etmək çətindir. Son 2 ildə fövqəladə xəbərdarlıq kommunikasiya sisteminin yaradılması istiqamətində işlər gördük. Bunun bağlı uğurlu sınaqlarımız var”.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom” MMC-nin baş direktoru Tural Pirverdiyev hazırda Azərbaycanda mövcud ev təsərrüfatları və biznes subyektlərinin 78%-nin genişzolaqlı internetə çıxışı olduğunu söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR