Bakıda növbəti “SG Azerbaijan 2024” tədbiri keçirilib

Bakıda növbəti “SG Azerbaijan 2024” tədbiri keçirilib
# 11 iyun 2024 15:43 (UTC +04:00)

Azərkosmos və Kosmik Nəsil Məşvərət Şurasının (SGAC), Gənclər Fondunun (AzGF) və Gənclərin Maarifləndirməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda artıq ikinci dəfə “Space Generation Azerbaijan 2024 (SG Azerbaijan)” keçirilib.

"APA-Economics" xəbər verir ki, bu ilki tədbir “Üfüqlәri aşaraq: Dayanıqlı Kosmos, Dayanıqlı Yer” mövzusuna həsr olunub.

Tədbirin açılış mərasimində çıxış edən Azәrkosmosun İdarә Heyәtinin sәdri Saməddin Əsədov, AzGF-in icraçı direktor vəzifəsini icra edən Qәdir Xәlilov, BMT-nin Kosmik Mәsәlәlәr üzrә İdarәsinin direktoru (video-bağlantı formatında) Aarti Holla-Maini və SGAC direktoru Nikol Koleva davamlılıq və kosmos mövzularını ahəngində, bu iki sahənin qarşılıqlı əlaqəsinin dərin başa düşülməsini vacibliyini qeyd ediblər.

Xüsusi olaraq öz video-müraciətində tədbir iştirakçılarını salamlayan Aarti Holla-Maini bildirib ki, gənclər gələcəyin qərar qəbul edənləridir, məhz buna görə kosmik sahənin gələcəyi onların əllərində cəmləşib. Onun sözlərinə görə bu günün siyasi qərar qəbul edənlərinin (dövlət rəhbərləri və digər nümayəndələr) üzərinə düşən məsuliyyət isə kosmik sahənin qorunması və onun dayanıqlılığının təmin edilməsində gənclərdən gələn təşəbbüsləri dinləməkdən ibarətdir.

Dünya İqtisadi Forumunun məlumatına görə, hazırda müxtəlif qlobal istiləşmə göstəricilərini ölçən 160-dan çox peyk var və əsas iqlim dəyişənlərinin yarısından çoxu yalnız kosmosdan ölçülə bilər.

“SG Azerbaijan 2024” həm yerli, həm də qlobal miqyasda kosmik təşəbbüslərin gündəlik həyatda necə töhfə verə biləcəyi haqqında məlumatlılığı inkişaf etdirir, eyni zamanda ekoloji cəhətdən məsuliyyətli kosmik fəaliyyətlərə səsləyir.

18-35 yaş qrupuna aid, dayanıqlığa maraq göstərən tələbələr, gənc mütəxəssislər və həvəskarlar da daxil olmaqla müxtəlif iştirakçıları bir araya gətirməklə, “SG Azerbaijan” əməkdaşlıq və bilik mübadiləsi platforması rolu oynayır. İnteraktiv təqdimatlar, seminarlar və müzakirələr vasitəsilə iştirakçılar innovativ ideyalarla təcrübələrini zənginləşdirmək imkanı əldə edirlər.

“SGAC” təşkilatı ilə əməkdaşlıq yalnız bugünkü tədbirlə məhdudlaşmır. Belə ki, təşkilatın fəaliyyətinin yerli təhsil müəssisələr ilə davamlı olması üzərində işlər aparılır

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR