Bank Of Baku

Bakıda radiomonitorinq stansiyaları bir mərkəzdə birləşdirilib

Bakıda radiomonitorinq stansiyaları bir mərkəzdə birləşdirilib
# 25 noyabr 2025 12:56 (UTC +04:00)

Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Mehdiabad radiomonitorinq stansiyası İdarənin 1, 2 və 3 saylı Bakı məntəqələrində istifadə edilən radiomonitorinq stansiyalarının birləşdirilməsi yolu ilə (işçi heyəti qalmaqla) yenidən təşkil edilib.

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq DRİ-dən bildirilib.

Qeyd edilib ki, radioefirə fasiləsiz nəzarətin təmin edilməsi məqsədilə DRİ-nin 1, 2 və 3 saylı Bakı məntəqələrində fəaliyyət göstərən işçi heyətinin və radiomonitorinq avadanlıqlarının hesabına Mehdiabad radiomonitorinq stansiyasında 7/24 iş rejimi (növbəli) təşkil olunub və hazırda qeyd olunan məntəqələrdə istifadə olunan radiomonitorinq stansiyaları üzərindən də radioefirə fasiləsiz olaraq nəzarət işləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR