Paşha Bank
Bank Of Baku

Britaniyanın internet nəhəngi iflasın astanasındadır

Britaniyanın internet nəhəngi iflasın astanasındadır
# 04 oktyabr 2026 15:50 (UTC +04:00)

Böyük Britaniyanın ən böyük internet provayderlərindən biri olan “TalkTalk” ciddi maliyyə böhranı ilə üzləşib. Şirkət artıq həftənin əvvəlində müflisləşmə proseduruna başlaya bilər.

APA “Sky News”a istinadən xəbər verir ki, “TalkTalk”ın ən böyük kreditoru “Ares Management”-dan razılaşmaya razılıq vermək üçün əvvəlcədən milyonlarla funt sterlinq ödəniş tələb edib. “Ares” 2024-cü ildən bəri “TalkTalk”a 380 milyon funt sterlinqdən çox vəsait yatırıb. BT-nin “TalkTalk”ı xüsusi müflisləşmə proseduru vasitəsilə nəzarətə götürməsi əsas variantlardan biri hesab olunur. Şirkətin 900 əməkdaşının gələcək taleyi isə hələ məlum deyil.

“TalkTalk”ın istehlakçı bölməsi 1,5 milyondan çox müştəriyə xidmət göstərir. Şirkətin topdansatış şəbəkəsi PXC isə xəstəxanalar, həkim məntəqələri və digər mühüm infrastrukturlara xidmət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR