Ölkənin aparıcı internet provayderi citynet müştərilərinə əlavə üstünlüklər təqdim edərək yeni “Loyallıq proqramı”nı istifadəyə verir. Artıq citynet mobil tətbiqindən istifadə edən abunəçilər xidmət haqlarını ödədikdə keşbek qazanacaqlar.
“Loyallıq proqramı” çərçivəsində abonentlərə ödəniş müddətindən asılı olaraq fərqli keşbeklər təqdim olunacaq. Aylıq abunə haqqını vaxtında ödəyən istifadəçilər ödəniş məbləğinin 5%-i, minimum 6 aylıq xidmət haqqını öncədən ödəyən abunəçilər isə ödədiyi ümumi məbləğin 10%-i həcmində geri ödəniş qazanacaq. Keşbek məbləği və onun tarixçəsi citynet mobil tətbiqindəki cüzdan bölməsində əks olunur. Cüzdanda toplanan vəsait istifadəçilərin seçiminə uyğun olaraq növbəti citynet abunə haqqının ödənilməsinə və ya Pulz hesabına yönəldilə bilər.
Təklifdən yararlanmaq üçün sadəcə citynet mobil tətbiqini yükləməyiniz kifayətdir. Tətbiq iOS və Android platformalarında əlçatandır.
“Loyallıq proqramı” citynet abonentlərinə xidmətlərdən istifadə və ödəniş zamanı əlavə fayda əldə etmək imkanı yaradır. Proqram çərçivəsində bütün prosesin mobil tətbiq üzərindən idarə olunması isə keşbekin əldə edilməsini və istifadəsini abonentlər üçün daha rahat və əlçatan edir.
Qeyd edək ki, citynet yüksəksürətli internetlə yanaşı, eksklüziv TV xidmətləri də təqdim edir. Ctv vasitəsilə istifadəçilər “Digiturk”, “Setanta Sports”, “Dizi Channel”, “FilmBox” kimi seçilmiş kanalları izləyə, həmçinin “YouTube”, “Netflix”, “Amazon Prime” və “Spotify” kimi populyar tətbiqlərə asanlıqla çıxış əldə edə bilirlər.
Citynet haqqında
Azərbaycanın aparıcı internet provayderi olan citynet yüksəksürətli sabit internet, telefon xətti və rəqəmsal TV xidmətləri təqdim edir. Citynet, Bakı şəhəri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində geniş xidmət şəbəkəsinə malikdir. Şirkət barədə daha ətraflı məlumatı www.citynet.az saytından əldə etmək olar. Citynet müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.