İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə elektron kommunikasiya sahəsində yeni qanun layihəsi hazırlayıb.
"APA-Economics" xəbər verir ki, bu barədə İKTA-nın İdarə Heyətinin sədri Nail Mərdanov deyib.
O, bildirib ki, hazırda layihə ikinci dəfə dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.
"Eyni zamanda, gələcəkdə ölkədə fəaliyyət göstərən provayderlərə qarşı cəza mexanizmlərinin, müxtəlif sanksiyaların tətbiqi nəzərdə tutulub.Yeni qanun layihəsi ilə əhəmiyyətli bazar oyunçusunun müəyyən edilməsi və onun üzərinə öhdəliklərin qoyulması qaydası müəyyən ediləcək. Burada əsas yenilik isə əks-anti tənzimləmənin tətbiqidir. Yəni biz gözləməli deyilik ki, kimsə nəsə səhv etsin biz də onu cəzalandıraq. Biz fəaliyyətimizi elə qurmalıyıq ki, yarana biləcək problemlərin qarşısını alaq", - deyə N.Mərdanov əlavə edib.