Bank Of Baku

Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin edilib

Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin edilib
# 21 avqust 2025 17:39 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin edilib.

"APA-Economics" xəbər verir ki, bu vəzifə Fərid Zeynalova həvalə edilib.

Qeyd edək ki, bu vaxta qədər Xidmətin rəhbəri Samir Rəsulov olub.

Məlumat üçün deyək ki, Fərid Zeynalov 2001–2006-cı illərdə Milli Aviasiya Akademiyasında təhsil alıb. O, CISA (Certified Information Systems Auditor), CISSP (Certified Information Systems Security Professional), CISM (Certified Information Security Manager) və CCSP (Certified Cloud Security Professional) kimi beynəlxalq informasiya təhlükəsizliyi sertifikatlarına malikdir.

Fərid Zeynalov bank, dövlət və İKT sektorunda fəaliyyət göstərən təşkilatlarda informasiya təhlükəsizliyi sahəsində 17 ildən artıq müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, 2011–2017-ci illərdə “Kapital Bank”da , 2017–2020-ci illərdə “Gilan Holding”də, 2020–2025-ci illərdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində informasiya təhlükəsizliyi rəhbəri, həmçinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini vəzifələrində fəaliyyət göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR