Bank Of Baku

Ərbəin ziyarətinin “Azerspace-1” peykindən canlı yayımına başlanılıb

Ərbəin ziyarətinin “Azerspace-1” peykindən canlı yayımına başlanılıb
# 16 avqust 2024 16:11 (UTC +04:00)

Dünyada ən izdihamlı müsəlman dini toplantılarından olan Ərbəin ziyarətinin tədbirlərinin “Azerspace-1” peyki üzərindən canlı yayımına başlanılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Ərbəin ziyarəti zamanı hazırlanan proqram və tədbirlərin fars, ərəb, ingilis, türk və urdu dilində olan canlı yayımı “Azerspace-1” peyki vasitəsilə 5-dən çox qlobal media qrupunun televiziya şəbəkəsinə ötürülür. Beləliklə, “Azerspace-1” peyki sayəsində bu ziyarətin maraqlı anları Yaxın Şərq ölkələrinin 500 milyon əhalisinin təxminən 50% izləyicisinə çatdırılır.

Qeyd edək ki, bu həftədən etibarən başlayan və avqustun sonuna kimi İraqın Kərbəla şəhərində keçirilən Ərbəin ziyarətində bu il təxminən 20 milyondan çox insanın iştirakı proqnozlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR