Bank Of Baku

IBM: Maliyyə sektorunda süni intellekt mərhələsi başlayır

IBM: Maliyyə sektorunda süni intellekt mərhələsi başlayır
# 29 sentyabr 2025 15:53 (UTC +04:00)

Maliyyə sektorunda süni intellekt mərhələsi başlayır.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən “InMerge” İnnovasiya Sammitində IBM şirkətinin Data və Süni İntellekt həllərinin inkişaf etdirilməsi üzrə rəhbəri Inigo Cavestany deyib.

Onun sözlərinə görə, banklar uzun illər ərzində formalaşmış məlumat və tətbiqlərlə zəngin irsə malikdirlər və bunlardan imtina etmək doğru deyil.

Cavestany bildirib ki, IBM-in texnoloji təcrübəsi ilə maliyyə sektorunun sahə biliklərini birləşdirməklə real problemlərin həllinə nail olmaq mümkündür.

Şirkət rəsmisi qeyd edib ki, süni intellekt vasitəsilə bir çox proseslərin avtomatlaşdırılması həm fayda, həm də risklər doğurur və bu səbəbdən ehtiyatlı yanaşma tələb olunur. Onun fikrincə, gələcəkdə əsas məsələ sadəcə rəqəmsal xidmətlər deyil, ağıllı və intellektual həllərə keçid olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR