Bank Of Baku

MKA: “Android TV box” cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər

MKA: “Android TV box” cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər
# 05 noyabr 2026 10:50 (UTC +04:00)

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) Azərbaycanda satılan bəzi “Android TV box” cihazlarında “BADBOX 2.0” botnet kampaniyasına aid zərərli komponentlərin aşkarlanması barədə xəbərdarlıq edir.

Milli Kibertəhlükəsizlik Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin oktyabr ayında bir sıra dövlət qurumlarının internet resurslarına qarşı DDoS hücumları qeydə alınıb: "Hücum traffikinin bir hissəsi Azərbaycan seqmentinə aid IP ünvanlarından daxil olub, bu ünvanların bir qismi isə “Android TV box” cihazlarının istifadə edildiyi bağlantılarla əlaqəli çıxıb.

Agentliyin araşdırması göstərib ki, hücumlarla əlaqələndirilən modeldəki cihazın proqram təminatında uzaqdan idarəetməyə imkan verən bir neçə zərərli komponent var. Cihazlar bu komponentlərlə hələ istehsal və ya paylama mərhələsində yoluxdurulur.

Yoluxmuş cihaz sahibinin xəbəri olmadan kibercinayətkarların nəzarətinə keçir. Onun internet bağlantısı DDoS və digər hücumlarda istifadə oluna bilər, bu zaman hücum mənbəyi kimi adi ev istifadəçilərinin IP ünvanları görünə bilər. Zərərli kod cihazın proqram təminatının içərisində olduqda ilkin parametrlərinə qaytarılması da problemi həll etməyə bilər,"- qurumun məlumatında qeyd olunub.

Bununla əlaqədar, MKA vətəndaşlara və təşkilatlara aşağıdakı tədbirlərin görülməsini tövsiyə edir:

- Mənşəyi məlum olmayan və etibarlı istehsalçı tərəfindən dəstəklənməyən Android cihazlarını (“TV box”-lar, proyektorlar və s.) almamaq və istifadə etməmək;

- Tətbiqləri yalnız rəsmi və etibarlı mənbələrdən yükləmək;

- Şübhəli cihazları internetdən ayırmaq və təhlükəsizliyi təmin edilənədək istifadə etməmək;

- Təşkilatlarda bu növ cihazların şəbəkəyə qoşulmasını məhdudlaşdırmaq, belə cihazları əsas şəbəkədən ayırmaq və onların şübhəli xarici serverlərlə əlaqələrini izləmək;

- Şübhəli fəaliyyət və yoluxma halları barədə Milli CERT-ə məlumat vermək.

Təhlil nəticəsində müəyyən edilmiş indikatorlar Agentliyin misp.cert.az– İnsident Məlumatlarının Mübadiləsi Platformasına əlavə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR