Bank Of Baku

MSİM-in ədliyyə sistemində süni intellekt yanaşması beynəlxalq peşəkar müzakirədə diqqət çəkib

MSİM-in ədliyyə sistemində süni intellekt yanaşması beynəlxalq peşəkar müzakirədə diqqət çəkib
# 17 avqust 2026 09:58 (UTC +04:00)

AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin (MSİM) ABŞ-nin Las-Veqas şəhərində keçirilən “AI4” konfransında təqdim etdiyi süni intellektin ədliyyə sistemində tətbiqinə dair yanaşma beynəlxalq peşəkar müzakirədə diqqət çəkib.

Konfransdan sonra 34 illik məhkəmə və apellyasiya təcrübəsinə malik amerikalı vəkil, hüquq kitablarının müəllifi və “The MichelleMay O’Neil Show” verilişinin aparıcısı Michelle May O’Neil təqdim olunan yanaşmaya AI, Judgment, and the Next Frontier of Access to Justice adlı məqalə həsr edib. “Fox Business” və “NewsNation”da milli səviyyəli şərhçi kimi də çıxış edən O’Neil məqaləsində süni intellektin ədalət mühakiməsinə çıxışı necə dəyişə biləcəyini təhlil edib.

Məqalədə “AI4” çərçivəsində Milli Süni İntellekt Mərkəzinin baş kommersiya direktoru Ülfan Əliyevin çıxışına xüsusi yer ayrılıb. Təqdimatda hüquq və ədliyyə sistemində süni intellektin tətbiqi üzrə MSİM-inyanaşması, o cümlədən vətəndaşların hüquqi məlumatlara çıxış və onlarla işləmək imkanlarının genişləndirilməsi, eləcə də məhkəmə proseslərində hüquqi araşdırma və qərarverməyə hazırlıq mərhələlərinin dəstəklənməsi istiqamətlərinə yer verilib.

Təqdim olunan istiqamətlərdən biri “e-Court.ai” konsepsiyasıdır. Konsepsiya iş materiallarının, mühüm faktların və tərəflərin mövqelərinin təhlili, müvafiq qanunvericiliyin və məhkəmə təcrübəsinin araşdırılması kimi proseslərdə süni intellektin imkanlarından istifadə etməklə hakimlərin peşəkar fəaliyyətini dəstəkləməyə yönəlib. Yanaşmanın əsas prinsipi yekun qərarvermə səlahiyyətinin hakimdə saxlanılması, süni intellektin isə insan mühakiməsini əvəz edən deyil, onu məlumat və analitika ilə dəstəkləyən alət kimi tətbiq edilməsidir.

Michelle May O’Neil məqaləsində məhz süni intellekt imkanlarının sistemin müxtəlif tərəfləri üçün paralel şəkildə inkişaf etdirilməsinə diqqət çəkir. Onun qiymətləndirməsinə görə, bir tərəfdən vətəndaşların hüquqi məlumatı anlamaq və ondan istifadə etmək imkanlarının genişləndirilməsi, digər tərəfdən isə ədliyyə institutlarının analitik imkanlarının gücləndirilməsi ədalət mühakiməsinə çıxışın gələcəyi ilə bağlı daha geniş müzakirə üçün yeni perspektiv yaradır.

O’Neil bu kontekstdə hüquqi məlumatın sadəcə əlçatan olması ilə onun düzgün şərh və tətbiq edilməsi arasında mövcud fərqə də toxunur. Müəllifin yanaşmasına görə, süni intellektin potensialı yalnız məlumat axtarışını asanlaşdırmaqla məhdudlaşmır, eyni zamanda insanların və institutların həmin məlumatdan daha effektiv istifadə imkanlarını genişləndirə bilər.

Məqalədə süni intellektin ədliyyə sistemində tətbiqi üzrə müxtəlif beynəlxalq yanaşmalara da nəzər salınır. Bu kontekstdə MSİM-in “AI4”də təqdim etdiyi yanaşma insan imkanlarının və institusional potensialın paralel şəkildə gücləndirilməsi, eyni zamanda insan mühakiməsinin qərarvermə prosesinin mərkəzində saxlanılması baxımından diqqətə çatdırılır.

“AI4”dən sonra yaranan beynəlxalq peşəkar maraq süni intellektin hüquq və ədliyyə sahəsində məsuliyyətli tətbiqi ilə bağlı təcrübə və yanaşmaların daha geniş auditoriyada müzakirəsinə imkan yaradır. MSİM-in bu istiqamətdə yanaşmasının əsasında texnologiyanın insan qərarverməsini əvəz etməsi deyil, insan imkanlarını və institusional potensialı gücləndirməsi prinsipi dayanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR