Bu ilin yanvar-may aylarında Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 1,3 milyard manat olub.
"APA-Economics" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün "X" sosial şəbəkə hesabında bildirib.
Nazirin qeyd etdiyinə görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 % çoxdur.