Bank Of Baku

Nazir: İlin sonuna qədər Azərbaycanda internetin orta sürətinin 80 Mbps-i ötəcəyini düşünürük

Nazir: İlin sonuna qədər Azərbaycanda internetin orta sürətinin 80 Mbps-i ötəcəyini düşünürük
# 10 oktyabr 2024 11:33 (UTC +04:00)

İlin sonuna qədər Azərbaycanda internetin orta sürətinin 80 Mbps-i ötəcəyini düşünürük.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən "İNMerge" İnnovasiya Sammitində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

O bildirib ki, iki il əvvəl "Online Azərbaycan" layihəsinə başlananda ölkənin ən ucqar nöqtələrində fiber optik xətlərin çəkilməsi hədəflənib:

"Layihəyə başladıqda Azərbaycanda internetin orta sürəti təxminən 12 Mbps ətrafında idi. Ancaq bu ilin avqust ayında bu sürət 50 Mbps-ni ötüb. Biz layihəyə başladıqda 25 Mbps-nin kifayət edəcəyini düşünürdük".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR