Azərbaycan hökuməti rəqəmsallaşmaya böyük əhəmiyyət verir.
"APA-Economics" xəbər verir ki, bunu “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransında çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.
Nazir müavini bildirib ki, 2026-cı ilin sonuna qədər Azərbaycanda 1 milyon vətəndaşın rəqəmsal ID-dən istifadə etməsi, ölkə əhalisinin 65%-nin ilkin rəqəmsal bacarıqlara malik olmasına nail olmaq hədəflənib.
"Rəqəmsal transformasiya üçün etibarlı infrastruktur qurmalıyıq. Azərbaycanda 78% evlərin fiberoptik broadband-ə çıxışı var. Bu göstərici Bakıda 90 %-ə yaxındır", - deyə S.Məmmədov əlavə edib.