Nazir müavini: İlin sonuna xidmətlərin 15%-i rəqəmsal formaya keçiriləcək

Nazir müavini: İlin sonuna xidmətlərin 15%-i rəqəmsal formaya keçiriləcək
# 17 sentyabr 2024 10:37 (UTC +04:00)

2026-cı ilin sonuna kimi biz 1 milyon vətəndaşın rəqəmsal şəxsiyyət vəsiqələrindən istifadəsini hədəfləyirik.

APA-Economics” xəbər verir ki, bunu yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının təqdimatı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

“Lakin biz “mygov” haqqında danışarkən yalnız rəqəmsal şəxsiyyət vəsiqələrinin təqdim edilməsi ilə məhdudlaşa bilmərik. “mygov” əslində bundan daha çoxudur və insanların həyatlarını rahatlaşdıran, canlı növblərə son verən, həyatın ən vacib məqamlarında inzibatı prosesləri sürətləndirən və vaxta qənaət etdirən bir sıra yeni xidmət və funskionallıqlar təqdim edir. Valideyn olmaq, nikaha girmək, yaxın bir şəxsiniz vəfat etməsi kimi vacib həyat hadisələri zamanı zəruri olan dövlət orqanlarının xidmətləri artıq “mygov” platformasında başdan-başa tam rəqəmsal formada təqdim olunur”, - deyə S.Məmməfov əlavə edib.

O, bildirib ki, mygov vətəndaşlara öz məlumatlarını idarə etmək imkanı yaradır:

“Bu da onlara qurumlarla qarşılıqlı əlaqələrə nəzarət etməyə imkan verir. "mygov" vasitəsilə vətəndaşlar bir neçə kliklə öz şəxsi məlumatlarına daxil ola və yeniləyə, vacib bildirişləri izləyə və həyat hadisələri ilə bağlı bəzi prosesləri avtomatlaşdıra bilərlər. Bu, daha şəffaf və istifadəçi dostu rəqəmsal hökumət ekosistemini inkişaf etdirir, vətəndaşların artıq fiziki ofislərdə vaxt keçirməyə və ya ağır sənədləşmə işləri ilə məşğul olmağa ehtiyac duymamasını təmin edir. Bu məqsədlərimizə uyğun olaraq ilin sonuna qədər vətəndaşlar tərəfindən alınan fiziki xidmətlərin 15%-nin rəqəmsal formaya keçməsini hədəfləyirik. “mygov” üzərindən təqdim olunan bütün bu yeniliklər öz növbəsində kağız sərfiyyatının, nəqliyyatdan istfadənin azalmasına və ətraf mühitin qorunmasına öz təsirlərini göstərir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR