Bank Of Baku

Nazir: Superkompüter infrastrukturu iqtisadi proqnozların daha dəqiq hazırlanmasını təmin edəcək

Nazir: Superkompüter infrastrukturu iqtisadi proqnozların daha dəqiq hazırlanmasını təmin edəcək
# 11 iyul 2025 15:31 (UTC +04:00)

Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək digər önəmli layihə, İqtisadiyyat Nazirliyi tərəfindən yaradılması yekunlaşmaq üzrə olan superkompüter infrastrukturdur.

APA-Economics” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Sənaye 4.0 Forumu”nda çıxışı zamanı deyib.

O bildirib ki, superkompüter infrastrukturu iqtisadi proqnozların daha sürətli və dəqiq hazırlanmasını təmin edəcək.

'Ölkəmizdə reallaşdırılan uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticələri beynəlxalq reytinq agentliklərinin son hesabatlarında da təsdiqini tapır. Bu günlərdə “Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycan kredit reytinqini “Ba1”-dən “Baa3” səviyyəsinə - yəni investisiya kateqoriyasınadək yüksəldib. Bundan öncə isə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi ölkəmizin kredit reytinqini artırıb", - deyə nazir əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR