Bank Of Baku

Ötən ay Azərbaycan 1,5 mln. dollarlıq peyk telekommunikasiya xidməti ixrac edib

Ötən ay Azərbaycan 1,5 mln. dollarlıq peyk telekommunikasiya xidməti ixrac edib
# 28 fevral 2025 11:22 (UTC +04:00)

Ötən ay Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) dünyanın 36 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dərc etdiyi “İxrac icmalı”nın fevral sayında qeyd olunub.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 69%-ni təşkil edib.

Bu dövrdə 36 ölkədən 88-ə yaxın şirkətə peyk telekommunikasiya xidmətləri ixrac olunub. Xidmət ixrac olunan ölkələr arasında Lüksemburq, Birləşmiş Krallıq, Misir, Türkiyə, Rusiya, Tanzaniya və CAR böyük paya sahibdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR