Bank Of Baku

Pandemiya çağırışına texnoloji cavab: Dilarə Rüstəmzadənin rəhbərlik etdiyi Virtual School ölkənin ən böyük onlayn təhsil platformasına çevrildi

Pandemiya çağırışına texnoloji cavab: Dilarə Rüstəmzadənin rəhbərlik etdiyi Virtual School ölkənin ən böyük onlayn təhsil platformasına çevrildi
# 12 iyul 2020 12:28 (UTC +04:00)

COVID-19 pandemiyası zamanı dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da təcili şəkildə məsafədən təhsilə keçid zərurəti yarandı. 2020-ci ilin mart ayında bütün təhsil müəssisələrinin bağlanmasından sonra, Azərbaycan Respublikası Təhsil Nazirliyi məsafədən təhsil üçün ən uyğun strategiyanı və texnoloji partnyorları müəyyən edərək, “Virtual School” layihəsini həyata keçirdi.

"APA-Economics" xəbər verir ki, layihənin texnoloji icrasına və məhsulun strategiyasına Edumedia Azerbaijan şirkətinin Baş Texnoloji Direktoru (CTO) kimi Dilarə Rüstəmzadə rəhbərlik edib. Onun liderliyi ilə layihə qısa zamanda hazırlanaraq 1 milyondan çox K12 şagirdi və 100.000 müəllimi əhatə edən ölkənin ən böyük onlayn təhsil platformasına çevrildi. Bu rəqəmin istifadə müddəti artıqca kəskin şəkildə artacağı ehtimal edilir.

Bu prosesdə Edumedia Azerbaijan, Microsoft Azərbaycan, Bestcomp Group və Innovative Technologies in Education kimi tərəfdaşlarla birgə çalışaraq, Microsoft Teams for Education əsasında mərkəzləşdirilmiş və effektiv onlayn siniflər platformasını qurdu. Dilarə Rüstəmzadənin rəhbərliyi ilə komandalar bir neçə həftə ərzində e-dərslər, video materiallar, qiymətləndirmə modulları, tapşırıqlar və interaktiv məzmunları vahid mərkəzdə birləşdirən güclü infrastruktur formalaşdırdı.

Bu təşəbbüs təkcə məktəblərlə məhdudlaşmadı — ölkənin 30-dan çox universiteti və bütün peşə təhsili müəssisələri də platformadan istifadə etməyə başladı. Virtual School həmçinin PowerBI vasitəsilə şagird biliklərinin regional və məktəb səviyyəsində təhlili və monitorinqi üçün qabaqcıl izləmə alətlərini təqdim etdi.

Dilarə Rüstəmzadənin təşəbbüsü, doğru texniki və strateji yanaşması sayəsində Azərbaycan pandemiya dövründə dünyada məsafədən təhsilə ən tez və effektiv keçid edən ölkələrdən birinə çevrildi.

Bu uğurlu transformasiya layihəsi yerli və beynəlxalq mediada geniş işıqlandırılıb və Microsoft-un rəsmi CEE (Central and Eastern Europe) Multi-Country News Center saytında nümunəvi uğur hekayəsi kimi dərc edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR