Bank Of Baku

Qarabağın rəsmi toponimləri rəqəmsal xəritədə yenilənib

Qarabağın rəsmi toponimləri rəqəmsal xəritədə yenilənib
# 31 avqust 2026 16:56 (UTC +04:00)

AZCON Holding şirkətlərindən olan Azərkosmosun təşəbbüsü nəticəsində beynəlxalq peyk məlumatları və analitika şirkəti “EOS Data Analytics”in təqdim etdiyi Qarabağ ərazisini əhatə edən baza xəritəsi yenilənib.

"APA-Economics" bu barədə "Azərkosmos"a istinadən xəbər verir.

Belə ki, Azərkosmos komandası baza xəritəsində aktual olmayan yaşayış məntəqəsi adlarını müəyyən edərək “EOS Data Analytics” komandasına müraciət edib. Müraciət zamanı Azərbaycanın rəsmi Açıq Məlumatlar Portalında (Opendata.az) dərc olunan məlumatlar, eləcə də yaşayış məntəqələrinin rəsmi adlarını təsdiqləyən müvafiq məlumat bazası qarşı tərəfə təqdim olunub.

Təxminən 11 ay davam edən əməkdaşlıq və məlumat mübadiləsi nəticəsində “EOS Data Analytics”in məhsul komandası təqdim olunan rəsmi məlumatları nəzərdən keçirərək Qarabağ ərazisini əhatə edən xəritədə müvafiq yenilənmələri həyata keçirib.

Nəticədə, Xankəndi, Xocavənd, Ağdərə, Suqovuşan və Qarabağ bölgəsində yerləşən digər yaşayış məntəqələrinin rəsmi adları rəqəmsal xəritədə düzgün əks olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR