Cari ilin 25 sentyabr tarixində regionda ilk dəfə Azərbaycanın ev sahibliyi edəcəyi Kiberdiplomatiya üzrə beynəlxalq konfrans keçiriləcək.
"APA-Economics" xəbər verir ki, tədbir Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təşkilatçılığı ilə həyata keçirilir.
Konfransın məruzəçiləri və iştirakçıları yerli və xarici yüksək səviyyəli qonaqlar olacaq.