İqtisadiyyat Nazirliyi tərəfindən istifadəyə verilən superkomputer texnoloji imkanları genişləndirir.
"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbirində deyib.
"Rəqəmsal İqtisadiyyat Azərbaycanın qeyri-neft sektorunun inkişafının əsas drayverinə çevrilib. Rəqəmsallaşan dünyada informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik artıq təkcə texnoloji məsələ deyil, bu, eyni zamanda, iqtisadi təhlükəsizlik, dayanıqlı inkişaf və rəqabətqabiliyyətli iqtisadiyyatın əsas alətlərindən birinə çevrilib. Müxtəlif fəaliyyət sahələrində uğura nail olmaq üçün 3 əsas komponent özünü hər zaman doğrultmaqdadır. Tənzimləyici mexanizmlər, alətlər (texniki və texnoloji həllər) və insan kapitalı", - nazir müavini qeyd edib.