Bank Of Baku

Rəşad Nəbiyev Kürdəmirdə vətəndaşları qəbul edəcək

Rəşad Nəbiyev Kürdəmirdə vətəndaşları qəbul edəcək
# 19 mart 2025 17:20 (UTC +04:00)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 1 aprel 2025-ci il tarixində saat 11:00-da Kürdəmir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ucar, Zərdab, Ağsu və Kürdəmir rayonlarının sakinlərini qəbul edəcək.

"APA-Economics" bu barədə Nazirliyə istinadən xəbər verir.

Məlumata görə, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula 31 mart 2025-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR