Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Quba, Xaçmaz və Qusar rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Bu barədə "APA-Economics"ə Nazirlikdən bildirilib.
R.Nəbiyev vətəndaşları Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində 27 yanvar 2025-ci il tarixində saat 09:00-da qəbul edəcək.
Qəbula 24 yanvar 2025-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.