Bank Of Baku

Şahmar Mövsümov: Azərbaycanda data mərkəzlərinin yaradılması üçün mühüm enerji üstünlüyü var

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov

© APA | Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov

# 26 sentyabr 2026 12:18 (UTC +04:00)

Azərbaycanda data mərkəzlərinin yaradılması və bu istiqamətdə investisiyaların cəlb edilməsi üçün mühüm enerji üstünlükləri mövcuddur.

“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Şahmar Mövsümov qeyd edib ki, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 30 trilyon ABŞ dollarından çox aktivləri idarə edən investorlar iştirak edir.

“Təbii ki, onlar Azərbaycanda bütün mümkün investisiya variantlarını nəzərdən keçirirlər. Çox ümid edirik ki, belə forumun nəticəsində real investisiya layihələri ortaya çıxacaq. Forum çərçivəsində artıq investisiyalarla bağlı sənədlər imzalanıb, eyni zamanda daha böyük layihələr üçün müəyyən zəmin yaradılıb”, – Şahmar Mövsümov bildirib.

Data mərkəzlərinin böyük həcmdə elektrik enerjisi tələb etməsinə münasibət bildirən Şahmar Mövsümov Azərbaycanın bu baxımdan üstün mövqeyə malik olduğunu vurğulayıb.

“Azərbaycanın üstünlüyü də məhz bundadır. Bizim böyük həcmdə əlçatan, ucuz və gələcəkdə potensial olaraq yaşıl elektrik enerjimiz var”, – Şahmar Mövsümov qeyd edib.

Şahmar Mövsümov əlavə edib ki, Azərbaycanın elektrik enerjisi sahəsində potensialı böyükdür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR