İnnovasiya mərkəzlərinin açılmasında təkcə Bakı ilə kifayətlənməli deyilik.
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan İnnovasiya Mərkəzinin açılış mərasimində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.
O, bildirib ki, bölgələrdə də bu cür mərkəzlərin açılması planlaşdırılır:
"Yaxın perspektivdə Sumqayıt və Gəncə innovasiya mərkəzləri təsis ediləcək və əminəm ki, bu mərkəzlər regionlarda yaşayan innovativ təfəkkürlü vətəndaşlarımız və ümumilikdə innovasiya həvəskarlarının bir araya gələcəyi məkanlara çevriləcək".