Bank Of Baku

TANAP boyunca uzanan fiberoptik xətt “TurkNet"in şəbəkəsinə inteqrasiya olunacaq

TANAP boyunca uzanan fiberoptik xətt “TurkNet"in şəbəkəsinə inteqrasiya olunacaq
# 03 iyul 2025 12:08 (UTC +04:00)

“SOCAR Türkiyə”nin qrup şirkətlərindən biri olan “SOCAR Fiber” və “TurkNet” telekommunikasiya şirkəti Türkiyənin internet infrastrukturunu gücləndirmək məqsədilə strateji əməkdaşlığa imza atıb.

Bu barədə “APA-Economics” “SOCAR Türkiyə”yə istinadən xəbər verir.

Məlumata görə, bu çərçivədə, TANAP təbii qaz boru kəməri boyunca uzanan 1850 km-lik “SOCAR Fiber” ekspres xətti (yüksək sürətli, uzun məsafəli fiberoptik bağlantı xətti – red.) “TurkNet"in magistral şəbəkəsinə inteqrasiya olunacaq.

Qeyd olunur ki, Gürcüstandan Yunanıstana qədər uzanan bu xətt Bursa, Eskişehir, Ankara, Sivas, Erzurum və Qars şəhərlərinin yaxınlığından keçərək yüksək sürət, aşağı gecikmə və fasiləsiz bağlantını təmin edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR