Tural Pirverdiyev: Son iki ildə internetin sürəti 94% artıb

Tural Pirverdiyev: Son iki ildə internetin sürəti 94% artıb
# 16 may 2024 12:31 (UTC +04:00)

Bu ilin aprel ayında Azərbaycan üzrə ev təsərrüfatı və biznes subyektlərinin internetə çıxış səviyyəsi 78% olub.

"APA-Economics" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” MMC-nin baş direktoru Tural Pirverdiyev Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında panel müzakirəsində çıxışı zamanı deyib.

O, bildirib ki, may ayının ortasında geniş zolaqlı internetin əhatəliliyi ölkə üzrə 80%-dən yuxarı olub: "Bu, ölkədə internetə çıxışın transformasiyasını göstərir. Son iki ildə ölkə üzrə internetin sürəti orta faizlə 94% artıb. Ümid edirik ki, bu sürəti ilin sonuna qədər əsaslı şəkildə artıracağıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR