ÜPİ-nin direktoru: Rəqəmsal dövrə beynəlxalq əməkdaşlıqla keçid edilə bilər

ÜPİ-nin direktoru: Rəqəmsal dövrə beynəlxalq əməkdaşlıqla keçid edilə bilər
# 13 may 2025 10:27 (UTC +04:00)

İnkişaf etməkdə olan ölkələrin poçt təşkilatlarının rəqəmsal dövrə keçid etməsi üçün beynəlxalq əməkdaşlıq əsas rola malikdir.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Poçt İttifaqının (ÜPİ) İnkişaf və Əməkdaşlıq üzrə direktoru Mutua Muthusi bildirib.

“Bizim əsas məqsədimiz zəif işləyən poçt şəbəkələrinin optimal fəaliyyət səviyyəsinə çatmasını təmin etməkdir ki, nəticədə güclü beynəlxalq poçt şəbəkəsi yaradılsın",- deyə o əlavə edib.

Onun sözlərinə görə, ÜPİ bu məqsədlə texniki yardım, avadanlıq dəstəyi və potensialın artırılması proqramları təqdim edir: "Hazırda biz buradakı tədbirdə yüksək səviyyəli potensial artırma işləri görürük. Poçt rəhbərləri arasında təcrübə və məlumat mübadiləsi aparılır. Bu proses nəticəsində mövcud əməliyyat boşluqlarını müəyyənləşdiririk və həmin boşluqları aradan qaldırmaq üçün konkret dəstək mexanizmləri formalaşdırırıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR