Bank Of Baku

Dünən toylarda karantin qaydalarını pozan 3 nəfər cərimələnib

Dünən toylarda karantin qaydalarını pozan 3 nəfər cərimələnib
# 28 avqust 2021 10:28 (UTC +04:00)

Avqustun 27-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 6 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, monitorinq 3 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 11 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR