Bank Of Baku

Xarici vətəndaşlar "SİMA İmza"dan istifadə edə biləcək

Xarici vətəndaşlar "SİMA İmza"dan istifadə edə biləcək
# 19 noyabr 2025 12:41 (UTC +04:00)

“Xarici vətəndaşların SİMA imza əldə etməsi üçün artıq texniki hazırlıq işlərinə start verilib”.

APA-Economics” xəbər verir ki, bunu IX Bankçılıq Forumunda çıxışı zamanı “AzInTelecom”un Məhsul və Xidmətlər Şöbəsinin rəhbəri Tamerlan Məşədihəsənli bildirib.

O deyib ki, Avropa, Asiya və Afrika ölkələrinin vətəndaşları xidmət istifadəyə veriləndən sonra Azərbaycana gəlmədən, sadəcə SİMA tətbiqini yükləyərək öz pasportu və ya milli şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə biləcəklər. O bildirib ki, məhsul hazırda test mərhələsindədir və sınaqlar uğurla tamamlandıqdan sonra xidmət tam funksional şəkildə istifadəyə təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR