Bank Of Baku

Azərbaycan Kinosu Günü münasibətilə tədbir keçirilib

Azərbaycan Kinosu Günü münasibətilə tədbir keçirilib
# 31 iyul 2026 20:34 (UTC +04:00)

Nizami Kino Mərkəzində Azərbaycan Kinosu Günü münasibətilə tədbir keçirilib.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin (ARKA) təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər, ictimai xadimlər, kino sahəsində tanınmış simalar iştirak ediblər.

Tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova və ARKA-nın baş direktoru Rəşad Əzizov çıxış edərək, son illərdə Azərbaycan kinosunun inkişaf dinamikasından, bu sahədə aparılan islahatlardan, əldə olunmuş nəticələrdən və gələcək planlardan danışıblar. Qonaqlara ARKA-nın son 1 ildəki fəaliyyətini konkret rəqəmlərlə əks etdirən videoçarx göstərilib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib ki, kinomuzun inkişafı üçün dövlət büdcəsindən davamlı maliyyə ayrılması ilə yanaşı, artıq bu sahədə özəl şirkətlər tərəfindən investisiyaların yatırılmasının şahidiyik.

“Son 3 il ərzində xarici investorlar tərəfindən Azərbaycanda kino sənayesinə 12 milyon dollar vəsait yatırılıb. Kino sahəsində kadr hazırlığı məsələsi də xüsusi diqqətdədir”, - nazir müavini əlavə edib.

Tədbir çərçivəsində həmçinin avqustun 25-də Laçında ilk dəfə Beynəlxalq Kino Festivalının keçiriləcəyi elan olunub və festivalın tanıtım videosu nümayiş etdirilib.

Qonaqlar ARKA-nın dəstəyi ilə istehsal olunan və bu il təhvil veriləcək filmlərin treylerlərilə tanış olublar.

Tədbirdə kino sənayesində fəaliyyət göstərən şəxslərin bir neçə nominasiya üzrə mükafatlandırılması mərasimi həyata keçirilib.

Sonda qonaqlar bu il ARKA-nın dəstəyi ilə istehsal olunmuş 2 ekran əsərini – 1 cizgi filmi və bir bədii filmi izləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR