Bank Of Baku

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

Xalq artisti Tofiq Bakıxanov vəfat edib
# 23 avqust 2026 23:46 (UTC +04:00)

Xalq artisti Tofiq Bakıxanov 96 yaşında vəfat edib.

Bu barədə APA-ya onun oğlu Vahid Bakıxanov məlumat verib.

O bildirib ki, Xalq artisti bu gün 22:00-da vəfat edib.

“Son iki ay idi səhhəti pisləşmişdi. Vida və dəfn yeri sabah səhər məlum olacaq”, — Vahid Bakıxanov qeyd edib.

Qeyd edək ki, Tofiq Bakıxanov 1930-cu il dekabrın 8-də görkəmli tarzən, Xalq artisti Əhməd Bakıxanovun ailəsində anadan olub. Skripka və bəstəkarlıq üzrə təhsil alıb. 1990-cı ildə Xalq artisti adına layiq görülüb. Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət”, “Şərəf” və I dərəcəli “Əmək” ordenləri ilə təltif edilib. Yarım əsrdən artıq Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərib. 3 balet, 3 musiqili komediya, 25 konsert, 20 sonata, 5 simfonik muğam, 8 simfoniya, 6 simfonik poema, çoxsaylı kamera əsərləri, 100-dən artıq mahnı və romansın müəllifidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR