Tehranda keçirilən beynəlxalq tədbirdə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib

Tehranda keçirilən beynəlxalq tədbirdə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
# 14 fevral 2013 14:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. İran paytaxtı Tehranda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib. APA-nın xəbərinə görə, İƏT-in təşkil etdiyi “İslamda insan hüquqları və qadın hüquqlarının bərpa olunmasının yol xəritəsi” mövzusunda beynəlxalq konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva iştirak edib.

Beynəlxalq konfransda çıxış edən Aynur Sofiyeva Azərbaycanda insan hüquqlarının qorunması və inkişafı məsələlərində dövlət siyasətinin istiqamətləri barədə danışıb. İştirakçıların diqqətini Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanda yaratdığı sosial, mənəvi və psixoloji problemlərə yönəldən A.Sofiyeva bu barədə ətraflı məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR