Azərbaycan və BƏƏ arasında iqtisadi məsləhətləşmələr aparılıb

Azərbaycan və BƏƏ arasında iqtisadi məsləhətləşmələr aparılıb
# 22 aprel 2014 09:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Dubay Ticarət və Sənaye Palatasının sədr müavini Hişam Al Şiravinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Ş. Mustafayev qeyd edib ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi və ticarət əlaqələri ildən-ilə genişlənir. Onun sözlərinə görə, Dubay Ticarət və Sənaye Palatasının MDB üzrə nümayəndəliyinin məhz Bakıda açılması ölkələrimiz arasında əməkdaşlığa verilən əhəmiyyətin göstəricisidir.

Nazir iki ölkə arasında infrastruktur, ticarət, kənd təsərrüfatı, investisiya qoyuluşu üçün geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb. Ş. Mustafayev Azərbaycan və BƏƏ arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın növbəti iclası çərçivəsində biznes forumun keçirilməsini təklif edib.

H. Al Şiravi isə Palatanın nümayəndəliyinin Azərbaycanda yaradılmasına əsas səbəb kimi ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin formalaşmasını, eləcə də Azərbaycandakı siyasi və makroiqtisadi sabitlik, davamlı iqtisadi inkişaf, əlverişli biznes və investisiya mühiti olduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, hər il Dubayda çoxlu sayda sərgilər və müxtəlif tədbirlər keçirilir və Azərbaycan iş adamları belə tədbirlərdə iştirak etməklə yeni biznes əlaqələri qura, eləcə də Yaxın Şərq bazarına çıxa bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR