Dövlət Baytarlıq Xidməti ət kəsiminə nəzarəti təmin etmək məqsədilə gücləndirilmiş iş rejiminə keçib

Dövlət Baytarlıq Xidməti ət kəsiminə nəzarəti təmin etmək məqsədilə gücləndirilmiş iş rejiminə keçib
# 07 iyun 2013 08:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Yay mövsümünün başlaması ilə əlaqədar iyunun 1-dən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ət kəsimi məntəqələrində, bazarlarda, yol kənarlarında ət kəsiminə nəzarəti təmin etmək məqsədilə gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə APA-ya açıqlamasında DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

O bildirib ki, bütün ölkədə gücləndirilmiş iş rejiminə keçidlə bağlı Dövlət Baş Baytarlıq Müfəttişliyi tərəfindən əmr imzalanıb. Y.Xanvəlinin sözlərinə görə, bu əmrə əsasən, istilərin düşməsi ilə əlaqədar gücləndirilmiş iş rejimi baytarlıq-sanitariya qaydalarına əməl olunması, infeksiya xəstəliklərinə qarşı mübarizə aparılması məqsədi daşıyır: “Bütün baytarlara müxtəlif vaxtlarda reydlərin keçirilməsi və qeyri-qanuni halların aradan qaldırılması tapşırılıb. Ən çox şəhərətrafı və şəhərtipli qəsəbələrdə ət kəsiminə nəzarət gücləndiriləcək. Çünki bir çox hallarda həmin ərazilərdə qanunsuz ət kəsimləri aparılır və insanlar da oradan ət alırlar. Dövlət Baytarlıq Xidməti insanlara həmin ərazilərdən ət almamağı məsləhət görür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR