ABŞ-ın ATƏT-dəki nümayəndəsi: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü münaqişənin həllinə yeni stimul verə bilər”

ABŞ-ın ATƏT-dəki nümayəndəsi: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü münaqişənin həllinə yeni stimul verə bilər”
# 15 noyabr 2013 09:36 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu ABŞ-ın ATƏT-dəki nümayəndəsi Deniel Ber ATƏT Daimi Şurasının iclasında deyib.

D. Ber iki ölkə prezidentinin görüşərək münaqişənin həlli üçün növbəti addımları müzakirə etməyə qərar vermələrini alqışlayıb: “İndi sözdən işə keçmək vaxtıdır. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həlli üçün münaqişə tərəfləri ilə iş aparmağa davam edəcək”.

D. Ber həmsədrlərin və ATƏT sədrinin şəxsi nümayəndəsinin münaqişə tərəfləri ilə apardığı işi alqışladıqlarını da söyləyib: “Problemin danışıqlar vasitəsilə sülh yolu ilə həllinin alternativi yoxdur”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR