Pakistanın “Diplomatik Star” jurnalında “Xocalı: Azərbaycanlıların amansız soyqırımı” adlı məqalə dərc olunub

Pakistanın “Diplomatik Star” jurnalında “Xocalı: Azərbaycanlıların amansız soyqırımı” adlı məqalə dərc olunub
# 22 fevral 2014 08:53 (UTC +04:00)

Bakı – APA. Pakistanın diplomatik dairələrində geniş oxucu auditoriyasına malik olan ingilisdilli “Diplomatik Star” jurnalında Pakistan Müdafiə Universitetinin tədqiqatçı-alimi İffat Pərvizin “Xocalı: Azərbaycanlıların amansız soyqırımı” adlı məqaləsi dərc olunub.

Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən xəbərə görə, yazıda Xocalıda mülki əhaliyə qarşı törədilən vəhşiliklərin bəşər tarixində analoqu olmadığı qeyd edilib. Müəllif bildirib ki, ermənilərin hücumu zamanı Xocalı sakinləri şəhərin şərq və şimal istiqamətlərindən Əsgəran istiqamətinə qaçmağa başlayıb, 300 nəfərə yaxın insan isə evlərdə qalıb və onların bir çoxu ermənilər tərəfindən qətlə yetirilib. Şaxtalı hava şəraitində uzun yol qət etmiş xocalılar Əsgəran-Naxçivanik arasında yerləşən əraziyə çatmağa müvəffəq olub və orada tələyə düşərək erməni silahlıları tərəfindən xüsusi amansızlıqla öldürülüblər. Martın 1-də yerli və xarici jurnalistlər həmin əraziyə gəlməyə müvəffəq olub və sakinlərin meyitlərinin təhqir olunması faktları haqqında dünya ictimaiyyətinə məlumat veriblər. Yazıda eyni zamanda 200 nəfərə yaxın Xocalı sakininin girov götürüldüyü və onlara qarşı işgəncələr tətbiq olunduğu qeyd edilib. Azərbaycanlı jurnalist Çingiz Mustafayevin məhv edilmiş insanların faciəli durumunu lentə aldığı bildirilib. Onunla birlikdə hadisə yerinə gedən Rusiya jurnalisti Yuri Romanov bu haqda dəhşətləri qələmə alıb. Mülki sakinlərin meyitlərinin səpələndiyi sahədə göy gödəkcəli körpə qız və üzü üstdə uzanan ağsaçlı qoca qadın rus jurnalistinin diqqətini cəlb edib. Onların hər ikisi alnından vurulub, uşağın əlləri və ayaqları tikanlı məftillə bağlanıb və qoca nənəsinə sarılıb. Bu dəhşətli səhnəni görən Romanov şoka düşərək öz kamerasının mövcudluğunu bir anlığa yaddan çıxarıb.

Məqalədə Pakistan Senatının 01.02.2012-ci il tarixində Xocalı soyqırımını tanıyaraq bu cinayəti törədənləri məsuliyyətə cəlb edilməsini tələb etdiyi öz əksini tapıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR