Azərbaycan paytaxtında havanın temperaturu iqlim normasından yüksəkdir

Azərbaycan paytaxtında havanın temperaturu iqlim normasından yüksəkdir
# 05 noyabr 2013 09:21 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, amma bu ay ölkədə hələ ki, anomal istilər müşahidə edilməyib. Onun sözlərinə görə, bu gün Bakıda və Abşeron yarımadasında 19-21 dərəcə isti qeydə alınıb: “Qeydə alınan temperatur iqlim normasından 2 dərəcə yüksəkdir. Paytaxtda noyabr ayı üzrə ən yüksək temperatur 4 noyabr 1970-ci ildə qeydə alınıb. Həmin vaxt paytaxtda havanın temperaturu 29 dərəcə isti olub. Ölkə ərazisində müşahidə olunan mülayim hava şəraiti payız mövsümü üçün xarakterikdir”.

A. Verdiyev son günlər gündüz və gecə havanın temperaturu arasında 8-10 dərəcə fərqin olması məsələsinə də aydınlıq gətirib. O bildirib ki, Bakı və Abşeron yarımadasında gündüz cənub küləyinin üstünlük təşkil etməsi havanın temperaturun yüksəlməsinə səbəb olur: “Axşamlar isə temperatur düşür, 8-10 dərəcə fərq olur. Belə mülayim və isti havaların yaxın 2 gün ərzində də davam etməsi gözlənilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR