Azərbaycanda Neft-qaz və Neft-kimya Kompleksinin inşası layihəçi çərçivəsində yeni milli standartların hazırlanmasına başlanılıb

Azərbaycanda Neft-qaz və Neft-kimya Kompleksinin inşası layihəçi çərçivəsində yeni milli standartların hazırlanmasına başlanılıb
# 24 dekabr 2013 07:55 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakı şəhəri yaxınlığında yeni Neft-qaz və Neft-kimya Kompleksinin inşası layihəçi çərçivəsində bu müəssisənin gələcək fəaliyyətinin təmin edilməsi üzrə standartların hazırlanmasına başlanılıb. Bu işlər Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanmış müqavilə əsasında həyata keçirilir.

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev bildirib.


Onun sözlərinə görə, bu razılaşma əsasən həmin kompleksin gələcəkdə istismarı zamanı istifadə olunacaq beynəlxalq standartların Azərbaycanda tətbiq edilməsi və milli standart kimi istifadəsini nəzərdə tutur.


«Bu razılaşmanın müddəti 6 ildir. Bu müddət ərzində 2 000-dən artıq beynəlxalq standart Azərbaycanda milli standartlar kimi tətbiq ediləcək», - deyə S.Abdullayev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR