Gəncədə məcburi köçkünlər üçün daha bir şəhərcik salınacaq

Gəncədə məcburi köçkünlər üçün daha bir şəhərcik salınacaq
# 09 yanvar 2014 11:40 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə məskunlaşan məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeni şəhərcik salınacaq.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib.

Onun sözlərinə görə, yeni şəhərcik üçün Gəncənin qərb hissəsində, tikintisi başa çatan məcburi köçkün şəhərciyinin yaxınlığında 25 hektar torpaq sahəsi ayrılıb: “Şəhərcik üçün torpaq sahəsi ayrılıb. Sənədlər hazırlanaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edilib. Yəqin ki, bu il tikinti işlərinə başlanacaq”.

E.Vəliyev qeyd edib ki, Göygöl rayonu ərazisində də 560 məcburi köçkün ailəsi üçün şəhərciyin tikintisi gedir. İcra başçısı qeyd edib ki, bu il tikintisi başa çatacaq şəhərciyə Gəncənin Hacıkənd qəsəbəsində yaşayan məcburi köçkünlər yerləşdiriləcək və bundan sonra qəsəbədə turizmin inkişaf etdirilməsi məqsədilə layihələr həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR