Azərbaycan DSX-nin Akademiyasında Səudiyyə Ərəbistanı Sərhəd Xidmətinin rəhbər heyətinə kurs keçilib - FOTOSESSİYA

Azərbaycan DSX-nin Akademiyasında Səudiyyə Ərəbistanı Sərhəd Xidmətinin rəhbər heyətinə kurs keçilib - <span style="color: red;">FOTOSESSİYA
# 21 aprel 2014 07:10 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəhbər nümayəndələri üçün “Sərhəd Nəzarəti”nə dair təlim proqramı tədris olunub.

Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Aprelin 7-dən 17-dək davam etmiş tədris çərçivəsində Azərbaycanın sərhəd təhlükəsizliyi sistemi, Azərbaycanın milli sərhəd siyasətinə regional və beynəlxalq təhlükəsizlik kontekstində baxış, sərhəd mühafizəsinin təşkili, dövlət sərhədindən buraxılış məntəqələrinin fəa­liyyəti və sərhəd nəzarəti mövzuları üzrə məruzələr edilib və təqdimatlar keçirilib.

Dinləyicilər DSX Akademiyası, Sahil Mühafizəsi, “Samur” dövlət sərhədindən buraxılış məntəqəsi, Heydər Əliyev Beynəlxalq Hava Limanlarında sərhəd nəzarət şöbəsi, DSX Xüsusi Məktəbi və Kinoloji Mərkəzinin fəaliyyəti və mövcud imkanları ilə tanış olub, Xarici İşlər Nazirliyinin ADA Universitetinə səfər edib, həmçinin Azərbaycanın tarixi yerləri və memarlıq abidələri ilə tanış olublar.

DSX Akademiyasında Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəhbər nümayəndələri üçün təşkil olunmuş kursun yekunlarına həsr olunmuş mərasimdə DSX­nin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev, Səudiyyə Ərəbistanını Sərhəd Xidmətinin baş direktoru general-leytenant Zumeyyim bin Cuveybir Əs-Səvvat, Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri, digər rəsmi şəxslər iştirak ediblər.

E. Quliyev və Zumeyyim bin Cuvey­bir Əs-Səvvat tədbirdə çıxış edərək Azərbaycan və Səudiyyə Ərəbistanının sərhəd xidmətləri arasında ikitərəfli münasibətlərin son illər ərzində yüksələn xətt üzrə inkişaf etməsini, Səudiyyə Ərəbistanının sərhəd xidmətinin əməkdaşları üçün təşkil olunmuş kursun qurumlararası əməkdaşlığın gücləndirilməsinə ciddi töhfə verməsini qeyd ediblər. Bu təcrübənin gələcəkdə daha da genişləndiriləcəyi barədə tədbir iştirakçılarına məlumat verilib. Səudiyyə Ərəbistanının Sərhəd Xidmətinin baş direktoru əməkdaşlarının peşəkarlıq səviyyələrinin artırılması üçün yaradılmış yüksək səviyyəli şəraitə görə öz minnətdarlığını bildirib.

Mərasim sonunda tədrisə cəlb olunmuş heyətə sertifikatlar təqdim olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR