JP Morgan investorlara 4,5 mlrd dollar ödəyəcək

JP Morgan investorlara 4,5 mlrd dollar ödəyəcək
# 16 noyabr 2013 05:02 (UTC +04:00)

Bakı-APA. Dünyanın və ABŞ-ın ən iri investisiya bankından biri olan “JP Morgan” maliyyə böhranı zamanı ipoteka istiqrazlarında pullarını itirmiş investorlara 4,5 mlrd dollar ödəməyə razılıq verib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, “JP Morgan” 21 institusional investorla razılıq əldə edib.

Qeyd edək ki, oktyabr ayında ABŞ-ın bank nəhəngi Mənzil maliyyələşməsi Federal Agentliyi ilə saziş imzalayıb. Həmin saziş “JP Morgan”ın mənzil tikintisinin pik nöqtəsinə çatdığı dönəmdə ipoteka agentliklərinə çaşdırıcı məlumat verdiyi üçün 5,1 mlrd dollar ödəyəcəyini nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR