Ştefan Füle Ermənistan və Gürcüstana səfər edəcək

Ştefan Füle Ermənistan və Gürcüstana səfər edəcək
# 09 iyul 2013 10:10 (UTC +04:00)

APA-nın məlumatına görə, bu gün Ermənistana gedəcək avropalı komissarın iyulun 11-12-də Gürcüstana səfəri planlaşdırılır. Ştefan Füle bu ölkələrin rəsmi şəxsləri, siyasi partiyaların liderləri, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulur.

Səfərin əsas məqsədi noyabrda Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı sammiti çərçivəsində bu ölkələrin əldə etdiyi uğurları dəyərləndirməkdir.

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, Ştefan Fülenin regiona səfəri çərçivəsində Azərbaycana gəlməsi nəzərdə tutulmur. Xatırladaq ki, Ştefan Füle may ayında Bakıda səfərdə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR