Oğuz rayonunda "Ural" markalı yük avtomobili yanıb

Oğuz rayonunda "Ural" markalı yük avtomobili yanıb
# 26 iyun 2013 00:57 (UTC +04:00)

Bakı-APA. Oğuz rayonunda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Oğuz rayonu, Sincan kəndində vətəndaşa məxsus "Ural" markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış ot bağlamaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 21:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR